Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gecə saat 02 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib. Rayonun Danaçı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfər İbrahim oğlu Murtuzov idarə etdiyi “KİA Sereta” markalı 90 RC 102 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Qəzadan sonra maşın 80 metrə qədər məsafəni yuvarlanıb. Nəticədə sürücü Cəfər Murtuzov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
RePOst.az