"Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb".
RePost.Az xəbər verir ki, bunu ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı yayılan xəbərlərlə dair APA-nın Maliyyə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq nazirliyin ictimaiyyətlə əlaqələrə sektorunun müdiri Mayis Piriyev bildirib.
M. Piriyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2017-ci il tarixli 233s nömrəli sərəncamı ilə təsdiq olunmuş dövlət sifarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi üçün xərclərinin ali təhsil və digər müəssisələr üzrə bölgüsü 3 aprel tarixində Maliyyə Nazirliyinə təqdim edilib: "Təhsil Nazirliyi tərəfindən təqdim olunan bölgülərə uyğun olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həmin vəsaitin 4 aylıq hissəsinin maliyyələşdirilməsi 2017-ci il 05 aprel tarixində tam başa çatdırılıb. Bu gündən etibarən isə ali məktəblər tərəfindən təqaüd almaq hüququ qazanmış tələbələrin kartlarına ödənişlərin köçürülməsinə başlanılıb".
RePost.Az