İşğaldan azad edilmiş ərazilərimizdə "yaşılenerji" zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanmışdır.
 
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasında paylaşım edib.
 
Nazir paylaşımda qeyd edib ki, “Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixanaqazı emissiyalarını azaltmağı hədəfləyir.
 
Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək”.

Baxış sayı: 16937 | Tarix: 27.12.2023
Bizi Telegramda izləyin: @repostaz