İrəvanın yol polisi Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanın avtomobilini saxlayıb.
Məlumatı ölkənin Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Nazirliyin məlumatına görə, polis patrul əməkdaşları Şahramanyanın avtomobilini İrəvanda saxlayıblar, çünki o, mühafizəçilərin və avtomobil konvoyunun müşayiəti ilə hərəkətdə olub.
Şahramanyana bildirilib ki, qanuna görə onun konvoyda hərəkət etmək hüququ yoxdur. Protokol tərtib edilməyib, sadəcə xəbərdarlıq olunub.
Həmçinin əlavə olunub ki, Ermənistanda mühafizəçilərin və konvoyun müşayiəti ilə hərəkət etmək hüququ dövlət himayəsində olan şəxslərə, məsələn, Baş nazir, parlamentin spikeri, ölkə prezidenti, XİN rəhbəri və digərlərinə verilir.