Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artıb.
 
Bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb.
 
“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 qəpik qiyməti artırılıb.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.
Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.

Baxış sayı: 18856 | Tarix: 03.01.2024
Bizi Telegramda izləyin: @repostaz