Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-dən çox şəxs təxliyə olunub.
 
RePost.Az-ın məlumatına görə, yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.
 
 Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.
 
 TƏBİB sədri hadisə yerinə gəlib.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu bildirib ki, hələlik mərkəzdə qalanlar var:
 
“Həmin şəxslərin də təxliyəsi planlaşdırılır. İndiyə kimi 100-dən çox şəxs təxliyə olunub. Səhhətlərində heç bir problem yoxdur. Yenidoğulmuşlar, hamilə və zahılar Sabunçu, Kliniki, Xətai Tibb mərkəzlərinə və digər iki xəstəxanaya tam təhlükəsiz şəraitdə göndəriliblər”.
 
Qeyd edək ki, hazırda təxliyə prosesi davam edir. 
 
İlkin ehtimala görə, yanğına səbəb kimi qısaqapanma olduğu bildirilir.
 

Baxış sayı: 5936 | Tarix: 09.01.2024
Bizi Telegramda izləyin: @repostaz