Rövnəq Abdullayev AFFA prezidentliyi üçün namizəd olmayacaq.
O, bu barədə bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bildirib.
İclasda qəbul edilən qərarlara əsasən AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilib.
Eyni zamanda, müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilib:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Gəray Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
“Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.