AFFA Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından əldə etdiyi gəliri açıqlayıb.
 
RePost.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 204 min 691 manat təşkil edib. Bura bilet və “SkyBox” satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Almaniya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:1.
 
RePost.Az

Baxış sayı: 4815 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz