UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin iştirakçıları bəlli olub.
1/4 final mərhələsinin son oyunu, “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) qarşılaşması ilə Avropanın ən güclü dördlüyüynün adına aydınlıq gəlib.
“Etihad” stadionundakı matçın əsas vaxtı 1:1 bitib.
Əlavə olunmuş vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriayası oynanılıb.
Burda daha dəqiq olan ispanlar yarımfinala yüksəlib.
İlk oyunda 3:3 hesablı heç-heçə qeydə alınmışdı.
Yarımfinal mərhələsinə aprelin 30-da "Signal Iduna Park" arenasında “Borussiya”-PSJ oyunu ilə start veriləcək. Cavab görüşü isə mayın 7-də olacaq.
Digər qarşılaşmada isə “Bavariya” - “Real” oyunu olacaq.