Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər.

RePost.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan nazirlərinin görüşü barədə razılaşma əldə olunub. Bu görüşün Almatıda baş tutacağı dəqiqləşib”, - o vurğulayıb.


Baxış sayı: 6183 | Tarix: 29.04.2024
Bizi Telegramda izləyin: @repostaz