Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
 
Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
 
Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:
 
- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
 
- əsas öhdəliyə xitam verildikdə;
 
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
 
- ipoteka predmeti məhv olduqda;
 
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Baxış sayı: 11446 | Tarix: 01.05.2024
Bizi Telegramda izləyin: @repostaz