Zəngəzur dəhlizi 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacaq.
 
APA-nın xəbərinə görə, bunu “TGRT Haber” kanalına Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.
 
O bildirib ki, dəmir yolu xəttinin əsas komponentini təşkil edən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Qars və İğdırı birləşdirəcək hissəsinin inşasına bu ilin sonundan start veriləcək.
 
Türkiyəli nazirin sözlərinə görə, yolun Naxçıvanla Zəngilanı birləşdirəcək sektorunun inşasının bir neçə ilə tamamlanacağı planlaşdırılır.
 
A. Uraloğlu həmçinin sözü gedən nəqliyyat marşrutunun Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.

Baxış sayı: 8938 | Tarix: 18.05.2024
Bizi Telegramda izləyin: @repostaz