“Pekin-Paris” avto rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan American LaFrance Type 10 marşrut üzrə yürüş zamanı yanıb.
 
Azərbaycan Avtomobil Federasiyasından verilən məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.
 
Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır (Thomas de Vargas Machuca).
 
“Pekin-Paris” avto rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir. Q
 
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir. Avtomobillər Şamaxıdan sonra Gürcüstana keçməklə marşruta davam edəcəklər.

Baxış sayı: 16538 | Tarix: 10.06.2024
Bizi Telegramda izləyin: @repostaz