İyunun 15-16-sı gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Bildirilir ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Baxış sayı: 6069 | Tarix: 14.06.2024
Bizi Telegramda izləyin: @repostaz