AVRO-2024-ün 1/4 final mərhələsinə bu gün yekun vurulub.
 
Apasport.az xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.
 
Qardaş Türkiyə yığması Niderlandla görüşüb. “Ay-ulduzlular” Sametin qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə "narıncılar" oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 6 dəqiqəyə 1 qol vuran Niderland yığması yarımfinala vəsiqə qazanıb.
 
AVRO-2024
 
1/4 final
 
6 iyul
 
23:00. Niderland - Türkiyə 2:1
 
Qol: Stefan. 70. Qakpo, 76 - Samet, 35
 
Baş hakim: Klement Turpin (Fransa).
 
Berlin, Olimpiya stadionu.
 
Niderland: Verbrüqqen, van Deyk, Ake, de Vrey, Dumfris, Shouten, Reynders, Simons, Qakpo, Depay, Berqveyn
 
Türkiyə: Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu, Kaan Ayhan, Salih Özcan, Arda Güler, Hakan Çalhanoğlu, Kenan Yıldız, Barış Alper Yılmaz
 
 

Baxış sayı: 12529 | Tarix: 07.07.2024
Bizi Telegramda izləyin: @repostaz