Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.
APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb- 1:1
Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, matçın 80-ci dəqiqəsinə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.
Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.
Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.