Almaniyada keçirilən AVRO-2024-ün yarımfinal mərhələsi start götürüb.
 
Apasport.az xəbər verir ki, ilk finalçının kimliyi Münhendə bəlli olub.
 
İspaniya millisi Fransa ilə üz-üzə gəlib. Almaniyada keçirdiyi bütün matçlarda qalib gələn pireneylilər qələbə seriyasını 6-ya çatdırıb. 2:1 hesabı ilə qalib gələn "Qırmızı furiya" ilk finalçı olub.
 
Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda İngiltərə və Niderland qarşılaşacaq.
 
AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya – Fransa - 2:1
Qollar: Lamin Yamal, 21. Dani Olmo, 25 - Randal Kolo Muani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen Arena

Baxış sayı: 13365 | Tarix: 10.07.2024
Bizi Telegramda izləyin: @repostaz