Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir.
 
Məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur.
 
Həmçinin təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir.
 
Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər.

Baxış sayı: 11465 | Tarix: 30.08.2024
Bizi Telegramda izləyin: @repostaz