2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.
 
APA-nın xəbərinə görə, bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
 
Bu, 2024-cü ilə nisbətən 5,3% çoxdur.
 
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Baxış sayı: 4511 | Tarix: 26.11.2024
Bizi Telegramda izləyin: @repostaz