Ramzan Kadirov təyyarə qəzasında zərərçəkənlərə və onların ailələrinə maddi yardım ayrılması göstərişi verib. 
 
Azərbaycan Prezident Administrasiyası bundan imtina edib:
 
"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir" - mənbə bildirib.

P.S.Kadırov AZAL-a məxsus təyyarə vurulan gün Çeçenistan səmasında “bütün dronların məhv edilməsi” barədə məlumat verən qardaşı oğlu Təhlükəsizlik Şurasının katibini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
 
Çox güman ki, bizim təyyarəmizi vurulmsının məsuliyyətini də bu təcrübəsiz, mülki təyyarə ilə dronu ayrıd edə bilməyən uşaq daşıyır. Təyyarə vurulduqdan sonra izi itirmək üçün mülki hava gəmisinin GPS sistemini bloklayıb onu Xəzər üzrəinə yönləndirməklə izi itirməyə çalışanlar isə yəqin ki, Kadırova yaxın daha yetkin, təcrübəli cinayətkarlardır. 
 
- Rusiya Federaqsiyası Kadırovları və izi itirməyə çalışan cinayətkarları müəyyən edərək mütləq cəzalandlırmalı,
- Azərbaycan xalqından üzr istəməli,
- Azərbaycan Hava Yollarına vurulan zərər artqılaması ilə qarşılamalı,
- Qəzada həlak olan və yaralananların ailələrinə külli miqdarda təzminat ödəməlidir...

Baxış sayı: 1186 | Tarix: 27.12.2024
Bizi Telegramda izləyin: @repostaz