İstanbulda 6.2 bal gücündə zəlzələ olub.
İstanbulun Bahçelievler rayonunda baş verən zəlzələ zamanı təşvişə düşən bir nəfər yaşadığı binanın eyvanından tullanaraq xəsarət alıb. Hadisə yerinə dərhal səhiyyə və təhlükəsizlik qüvvələri cəlb olunublar.
Zəlzələ Mərmərə dənizi sahilində yerləşən bir çox vilayətlərdə, o cümlədən Bursa və Yalovada güclü şəkildə hiss olunub.
Bursanın 17 rayonunda zəlzələnin təsiri hiss edilib. Xüsusilə çoxmərtəbəli binalarda yaşayan vətəndaşlar arasında böyük təşviş yaşanıb.
Yalova şəhər mərkəzində və ətraf rayonlarda da insanlar təşvişə düşüblər. Hazırda digər xəsarət alanlar və dağıntılarla bağlı məlumat yoxdur.