Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
 
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
“Ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”, - qeyd olunub.
 
O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Baxış sayı: 255 | Tarix: 20.06.2025
Bizi Telegramda izləyin: @repostaz