Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını öz meydanında məğlub edib.

RePost.Az Güney Azərbaycanın mediasına istinadən xəbər verir ki, Azadi stadionunda köçürülən görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 7-ci dəqiqəsində “İstiqlal”ın futbolçusu Kavə Rzayi topu təbrizlilərin qapısından keçirib. Birinci hissə meydan sahiblərinin xeyrinə başa çatsa da, ikinci hissədə Fərzad Hatəmi hesabı bərabərlə.dirib. Onun 55-ci dəqiqədə Tehran komndasının qapısına vurduğu qol təbrizliləri daha da mübariz edib. 68-ci dəqiqədə isə Hatəmi özünün və komandasının ikinci qolunu vurub.  Qarşılaşma bu hesabla da başa çatıb. Bununla da “Traxtur” 27 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. “İstiqlal” isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

 Görüş zamanı “İstiqlal” tərəfdarlarının əksəriyyəti ədəbsiz hərəkətlərə yol veriblər. Onlar Azərbaycan komandası və onun tərəfdarlarına qarşı təhqiramiz şüarlar səsləndirərək “Traxtur”un oyunçularına portağal və bəzi əşyalar atıblar. Atılan əşyalardan biri Məhəmməd İbrahiminin başına dəyib və oyunun bir neçə dəqiqə dayanmasına səbəb olub.

RePost.Az


Baxış sayı: 3827 | Tarix: 10.12.2016
Bizi Telegramda izləyin: @repostaz