12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssisələrdə iş saatlarında dəyişiklik edilib.

RePost.Az modern az-a istinadən xəbər verir ki, 2017-ci il mayın 1-dən iyunun 1-dək "Azəriqaz" İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-dək müəyyən edilib.

İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində - 09:00-dan 18:00-dək çalışacaqlar.

 

 


Baxış sayı: 3276 | Tarix: 01.05.2017
Bizi Telegramda izləyin: @repostaz