Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.
AZAL-dan bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.
AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir.
Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.
Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər:
[email protected]
Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların başlatdığı etirazlar ölkənin 30-dan çox vilayətinə yayılıb. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, ümumilikdə 45 nəfər ölüb, onların arasında azyaşlılar və yeniyetmələrin də olduğu bildirilir. 2000-dən çox etirazçı həbs olunub.
Türk Hava Yolları şirkəti də təhlükəsizlik səbəbindən bu gün Tehran, Təbriz və Məşhədə uçuşları ləğv edib.