Yanvarın 28-də gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
 
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Baxış sayı: 312 | Tarix: 27.01.2026
Bizi Telegramda izləyin: @repostaz