Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.
 
Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
 
“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib.

Baxış sayı: 274 | Tarix: 27.02.2026
Bizi Telegramda izləyin: @repostaz