Bu gecə İstanbulun Dolmabahçe səmtindəki Maçka bölgəsində, "Vodafon Arena" stadionunun yaxınlığında şiddətli partlayış araşdırılır.
 
RePost.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, İstanbulun mərkəzi rayonlu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər ölüb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.
 
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildiribki, 7-si ağır vəziyyətdə olmaqla 166 nəfər yaralanıb.
 
S.Soylu əlavə edib ki, hadisəylə bağlı 10 şübhəli şəxs saxlanılıb. O qeyd edib ki, partlayışlardan biri uzaqdan idarə olunan bomba yüklü avtomobillə, digəri isə canlı bomba tərəfindən törədilib.
 
"Vodafon Arena"da oynanan "Beşiktaş"-"Bursaspor" matçının başa çatmasından sonra baş vermiş partlayışın terakt olduğu deyilir. Partlayış bomba yüklü maşının partladılması vasitəsilə gerçəkləşdirilib.
 
Teraktın hədəfinin çevik polis alayının əməkdaşları olduğu güman edilir. 
 
RePost.az
 
 


Baxış sayı: 5575 | Tarix: 11.12.2016
Bizi Telegramda izləyin: @repostaz