"Boavişta" klubu Portuqaliya çempionatında növbəti oyununu keçirib.
RePost.az report-a istinadən məlumatına görə, XIII tur qarşılaşmasında rəqib "Gimaraynş" olub.
Görüş qonaqların qələbəsi ilə başa çatıb. Oyunun əvvəllərində tərəflər hərəyə bir dəfə fərqləniblər. İkinci hissənin ortalarında isə "Gimaraynş" qələbə topunu vurub.
"Boavişta"nın heyətində Azərbaycan yığmasının oyunçularından qapıçı Kamran Ağayev 90 dəqiqəni meydanda olub. Emin Mahmudov isə 70-ci dəqiqədə oyuna daxil olub.
Beləliklə, 6-cı məğlubiyyətlə üzləşən Ağayevlə Mahmudovun komandası 13 turdan 13 xalla 14-cü illədə qərarlaşıb və autsayderlər sırasına düşmə təhlükəsi ilə üzləşib. Xallarını 24-ə çatdıran "Gimaraynş" isə 4-cü pilləyə yüksəlib.
00:30. "Boavişta" - "Gimaraynş" - 1:2
Qollar: Filip Sampayo, 5 - David Teişeyra, 3. Paolo Urtado, 68
RePost.az