"Azərbaycanda dolların "qara bazarı" var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib. Rəis əlavə edib ki, bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə işlər davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar atılacaq.
RePost.Az