Azərbaycanda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən RePost.az-a verilən məlumata görə, zəlzələ saat 04:32:56-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 4,4 bal, dərinliyi 8 km olub.
Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
RePost.az