Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Lent.az-a bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib. Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın "Azərenerji”yə 28 min manat borcu var.
 
Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir.
 
RePost.Az

Baxış sayı: 3637 | Tarix: 15.06.2017
Bizi Telegramda izləyin: @repostaz