Heydər Əliyev prospekti şəhər istiqamətində güclü tıxac yaranıb.


RePost.Az xəbər verir ki,  Yusfi Səfərov küçəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.


Məlumata görə, bu vəziyyət bir saatdan çoxdur davam edir. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun RePost.Az-a verdiyi məlumata görə, tıxacın səbəbi Formula 1 yarışları ilə əlaqədar reklam şitlərinin qurlaşdırılmasıdır.


O qeyd edib ki,  Bayraq meydaniından Azneft dairəsi  istiqaməti  və Zərifə Əliyeva  küçəsində hərəkətin istiqaməti dəyişdirilib.


Baxış sayı: 2193 | Tarix: 16.06.2017
Bizi Telegramda izləyin: @repostaz