Almaniya səfirliyində bir diplomatın 15 yaşlı qızı 15 iyun səhəri, saat saat 07.30 radələrində məktəbin avtobusunu gözləyərkən bir kişinin təcavüzünə məruz qalıb. Diplomatın şikayətindən sonra hadisə araşdırılıb və həmin şəxsin Hollandiya səfirliyində təhlükəsizlik işçisi olaraq çalışan 33 yaşlı Onur Ö. olduğu üzə çıxıb. "Təcavüz etmədim" deyən Ö. həbs olunub.
RePost.Az-ın Milli.Az-a istinadən verdiyi məlumata görə, Ankaranı sarsıdan təcavüz hadisəsi keçən həftənin cümə axşamı günü Qaziosmanpaşada qeydə alınıb.
Qeyd edək ki, avtobus dayanacağına gələn Onur Ö. adlı mühafizəçi, K. -ya yaxınlaşıb və ona cinsi məzmunlu təkliflər edib. Bu vəziyyətdən narahat olan məktəbli qız onun yanından sürətlə uzaqlaşıb və başqa bir dayanacaqda məktəb avtobusunu gözləyib. Ancaq şübhəli şəxs yenidən qızın yanına gedərək ona cinsi xarakterli ifadələr işlədib. K. -nın sərt reaksiyası sonrası Hollandiya səfirliyinin mühafizəçisi qaçaraq hadisə yerindən uzaqlaşıb.
Diplomatın məktəbli qızı başına gələnləri belə anladıb: "Servisi gözlədiyim sırada avtobus dayanacağında olan şəxs mənə əxlaqsız sözlər söylədi. Avtobus gəldiyində arxamdan yaxınlaşaraq mənə əllə təcavüz etdi. Daha sonra yanımdan qaçdı".
RePost.Az