Müğənni Nadir Qafarzadənin ifa etdiyi "Maral" mahnısı erməni toyunda ifa olunub.
RePost.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, ermənilər bu mahnının musiqinə sözlər yazaraq toylarda oxuyurlar. Bu barədə Nadir Qafarzadə Instagram hesabında video da paylaşıb.
Müğənni qeyd edib ki, həyasız ermənilər yenə mahnıdan əl çəkməyib.
Qeyd edək ki, N.Qafarzadənin 2013-ci ildə ifa etdiyi "Maral” adlı mahnı "Youtube” şəbəkəsində 6 milyondan çox baxış sayı yığıb.
RePost.az