Azərbaycan ordusunun hərbçisi Ramil Səfərov dünən instagram hesabında Füzulidə atışma zamanı həlak olan Zəhradan yazıb.

RePost.Az xəbər verir ki, Ramil ermənilərə olan qəzəbini belə ifadə edib:

"Ey bu məsum körpəni şəhid edən murdar Markanyanlar, bilin ki, dünyanın harasına qaçsanız, nə qədər vaxt ötsə də, bir gün o murdar başınız mütləq kəsiləcək! Ramil Səfərova "ədalət" məhkəməsi quran dünya bəs indi hara baxır? Narahat olmasınlar, biz ədaləti özümüz təmin etməyi bacarırıq".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.


Baxış sayı: 4796 | Tarix: 06.07.2017
Bizi Telegramda izləyin: @repostaz