İlk matçda səfərdə “Mladost”a 3:0 hesabı ilə qalib gələn “İnter” Bakıda 2:0 hesabı üstün olub. Bakıda Lüksemburqun “Differdanj” komandasını 2:0 hesabı ilə məğlub etmiş “Zirə” isə ikinci oyunu da qələbə ilə başa vurmağı bacarıb – 2:1.

Beləliklə, hər iki klubumuz Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

“İnter” həmin mərhələdə Lüksemburqun “Fola”, “Zirə” isə Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq.

İkinci mərhələnin oyunları iyulun 11-12-si və iyulun 18-19-da keçiriləcək.

RePost.Az


Baxış sayı: 5081 | Tarix: 07.07.2017
Bizi Telegramda izləyin: @repostaz