Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb.
 

RePost.Az xəbər verir ki, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.

83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.

RePost.Az


Baxış sayı: 4625 | Tarix: 11.07.2017
Bizi Telegramda izləyin: @repostaz