Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatının Moskvanın bir neçə yerində planlaşdırdığı terror aktlarının qarşısını alıb.
 
RePost.Az RİA "Novosti”-yə istinadən xəbər verir ki, təxribat qrupu bir Moldova və bir neçə Tacikistan vətəndaşından ibarət olub. Onlardan dörd nəfəri saxlanılıb. Axtarışlar nəticəsində kustar üsulla hazırlanan partlayıcı qurğular, avtomat silah və yüksək dağıdıcı gücə malik partlayıcı qurğuların hazırlanması üçün xeyli miqdarda maddə aşkarlanıb.
 
FTX-dən bildirilib ki, terror aktları Tacikistan hökuməti tərəfindən beynəlxalq axtarışa verilən, hazırda Türkiyə ərazisində gizlənən İŞİD emissarının göstərişləri əsasında həyata keçirilməliymiş.
 
Partlayıcı qurğulardan biri Moskvanın cənub-qərbindəki yaşayış binalarından birində zərərləşdirilib. 19-u uşaq olmaqla, 145 sakin təxliyə edilib
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz