Digər Xəbərlər
Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşüb.
RePost.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, sınaq qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb.
Sınaq qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev olub. Adıçəkilən qurumların rəhbərləri yolboyu görülən işlərlə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.
RePost.Az