Bu gecə Türkiyədə insan tələfatı ilə nəticələnən güclü zəlzələ baş verib.

RePost.Az yerli mətbuata istinadən xəbər verir ki, Muğla vilayətinin Bodrum rayonunda saat 01.31-də meydana gələn zəlzələnin şiddəti 6.3 bal gücündə olub.

Baş Nazirlik Təbii Fəlakət və Fövqəladə Hallar Departamentinin verdiyi məlumata görə yerin 10 km dərinliyində baş vermiş yeraltı təkanlar 41 saniyə davam edib.

"İsanbul Texniki Universiteti"ndən professor Okan Tüysüz bölgədə avtoşokların davam etdiyini bildirib və zəlzələdən ziyan görmüş binalara girilməməsi üçün yerli əhaliyə xəbərdarlıq edi.

İlkin məlumata görə zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib, çox sayda yaralı var. İlk yeraltı təkanlardan sonra təşvişə düşən yerli sakinlər küçələrdə gecələyiblər.

Tarixi bir məscidin minarəsinin uçduğu an isə təhlükəsizlik kamerasında əks olunub.

RePost.Az


Baxış sayı: 5328 | Tarix: 21.07.2017
Bizi Telegramda izləyin: @repostaz