Dünya şöhrətli hollivud aktyoru Leonardo Di Kaprio Nyu-Yorkda təşkil edilmiş qala-konserti zamanı “Ermənistan uşaqları” fonduna 65 min dollar bağışlayıb.
RePost.az məlumatına görə, qala-konserti zamanı Di Kaprio Co Bredlinin rəsm əsəri üçün 65 min dollar xərcləyib.
Dekabrın 9-da Nyu-Yorkda “Ermənistanın uşaqları” fonduna təşkil olunmuş qala-konsertində müxtəlif sənət əsərləri satışa çıxarılıb. İanələr nəticəsində toplanmış məbləğlər fonda verilib.
Ümumilikdə, təxminən 3,1 milyon dollar yığılıb.
RePost.az