Bakıdakı elektron ödəmə sistemlərində problem yaranıb.
RePost.Az BAKU.WS-ə istinadən məlumat verir ki, bu gün axşam saatlarından etibarən şəhərin əksər nöqtələrindəki elektron ödəmə sistemlərində kommunal xərclərin ödənilməsi mümkün deyil. İstər “Milli ön”, istər “E-manat”, istərsə də “Easypay”də nə elektrik enerjisi, nə də su ilə bağlı balansı artırmaq mümkün olmur. Nəticədə Bakı sakinlərinin bir çoxu saat 19:00 radələrindən işqısız və susuz qalıb.
“Milli ön” ödəmə sistemindən məlumatı təsdiq etdilər. Sistemin qaynar xəttindən BAKU.WS saytının sorğusuna cavab olaraq bildirdilər ki, probelm proflaktik tədbirlərlə bağlıdır. Artıq “Azərsu” xidmətlərində problem həll olunub. Abonentlər ödniş edə bilrələr. Yaxin saatlarda “Azərişıq” xidmətləri də aktivləşdiriləcək.
RePost.Az