Bakıda “Ağ şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
 
"Azəravtoyol" ASC-dən RePost.az-a verilən məlumata görə, tikinti Xəqani Rüstəmov küçəsinin 520 metrlik hissəsi, 1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi, 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi və bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 kiçik küçəsində aparılır.
 
Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yol işıqlandırma dirəkləri quraşdırılır. Bundan başqa şəhərsalma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli svetaforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınların rahat parklanması üçün xüsusi parking yerləri də nəzərdə tutulub.
 
Qeyd edək ki, "Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur Layihəsi" çərçivəsində X.Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22,3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir. Yollar hər birinin eni 3,5 m olmaqla 2, 4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.
 
RePost.az
 
 

Baxış sayı: 3485 | Tarix: 19.12.2016
Bizi Telegramda izləyin: @repostaz