Dekabrın 15-də "Azneft" İstehsalat Birliyinin "Nəriman Nərimanov" adına Neft Qaz Çıxarma İdarəsinin Xəzərdəki 3 saylı neft yığım məntəqəsi yaxınlığında baş vermiş faciəvi hadisə nəticəsində itkin düşmüş 9 neftçinin axtarışı davam etdirilir.

 RePost.az xəbər verir ki, neftçilərin axtarışı ilə bağlı operativ qərargah yaradılıb və onlarla gəmi, yüzlərlə xilasedici, eləcə də 6 helikopter xilasetmə əməliyyatlarına cəlb edilib.

Xilasetmə əməliyyatlrından çəkilmiş bəzi fotoları "Azneft" İstehsalat Birliyinin feysbuk səhifəsinə istinadən təqdim edirik.

RePost.az


Baxış sayı: 2269 | Tarix: 19.12.2016
Bizi Telegramda izləyin: @repostaz