CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 60,51 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 1,39 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
"Azeri Light"ın qiyməti sonuncu dəfə 2015-ci il iyulun 13-də 60 dolları ötmüşdü.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 59,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 25-də 56,38 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,48 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 25-də 59,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,61 dollar/barel çoxdur.
 
RePost.Az

Baxış sayı: 4606 | Tarix: 26.09.2017
Bizi Telegramda izləyin: @repostaz