Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır.
"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib.
 
"Mərkəzi Bankın artıq makroiqtisadi göstəricilərə təsiri özünün pul siyasəti və məzənnə siyasəti vasitəsilə, Maliyyə Sabitliyi Şurası çərçivəsində, koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsində, yalnız pul siyasəti ilə həyata keçirilir. Yəni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Yəni pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv instrument kimi istifadə edə bilirik.
 
Yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır. Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa ,Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir", - deyə o bildirib.
 
RePost.Az

Baxış sayı: 4682 | Tarix: 03.10.2017
Bizi Telegramda izləyin: @repostaz