Bak şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış- kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.
 
"Azərsu" ASC -dən RePost.Az -a verilən xəbərə görə, bununla əlaqədar 06 oktyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
 
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 3523 | Tarix: 06.10.2017
Bizi Telegramda izləyin: @repostaz