Azad Azərbaycan telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub.
 
RePost.Az xəbər verir ki, Primetime.az-ən əldə etdiyi məlumata görə, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyyə Ələkbərqızı yerinə yetirəcək. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayır.
 
Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzivəsinə təyin edilmişdi. Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.
 
RePost.Az

Baxış sayı: 3295 | Tarix: 06.10.2017
Bizi Telegramda izləyin: @repostaz