29 oktyabr Türkiyənin Cümhuriyyət bayramında təbiət möcüzəsi hesab olunacaq hadisə baş verib. 
 
RePost.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət bayramı qeyd olunan ərəfədə Ankara səmasında bulduların düzlüşü Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün siluetini xatırladıb. Hadisə həvəskar kameralar tərəfindən lentə alınıb. 
 
Qeyd edək ki, hər il Cümhuriyyət bayramında Ardahanın Damal mahalında da göy üzündə Atatürkün silueti görünür. Bunu ilk dəfə 1954-cü ildə Yuxarı Gündeş kəndində çobanlıq edən Adlgözəl Kırmızıgül müşahidə edib. 1975-ci ildə isə jurnalist Ərdoğan Kumru Atatürkün göy üzündə görünüən siluetini çəkərək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına göndərib.
 
RePost.Az

Baxış sayı: 4777 | Tarix: 30.10.2017
Bizi Telegramda izləyin: @repostaz